İstanbulda son 24 saatda 11 nəfər saxta spirtli içkidən dünyasını dəyişib
Ucnoqta.az türkiyə mətbuatına istinadən xəbər verir ki, daxil olan məlumata görə, 26-sı xarici ölkə vətəndaşı olmaqla 38 nəfər saxta spirtli içkilərin qəbulu ilə bağlı səbəblərlə şəhərin müxtəlif xəstəxanalarına müraciət edib.
Son 24 saat ərzində xəstəxanalarda müalicə olunan 38 nəfərdən 11-i dünyasını dəyişib.