Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş yanvarın 28-də baş tutacaq.
Publika.az “Report”a istinadla xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.
Görüşün yeri və hansı səviyyədə keçiriləcəyi barədə məlumat verilməyib.
Söhbət zamanı nazirlər 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.