Slovakiya Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında görüş təşkil etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko “İzvestiya”ya müsahibəsində bildirib.
Eyni zamanda o, bu ideyanın həyata keçirilməsinin mümkün olduğu fikrini bildirib.
“Mən bu görüşün burada, Bratislavada olmasını istərdim, amma bunun necə olacağını görəcəyik”, – deyə o vurğulayıb.