AZ

Yeniyetmə Rusiya Qəhrəmanını öldürməyi planlaşdırıb..?

Saratov vilayətində saxlanılan yeniyetmənin məqsədi vilayət parlamentinin deputatı, Rusiya Qəhrəmanı Aleksandr Yanklovichi öldürmək olub,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RG-yə məlumatlı mənbə bildirib.

Xatırladaq ki, Deyilənlərə görə, 16 yaşlı yeniyetmə Federal Təhlükəsizlik Xidməti və Ekstremizmlə Mübarizə Mərkəzinin birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb.

İstintaqın məlumatına görə, oğlan deputatı çəkiclə öldürmək niyyətində olub.

Təhlükəsizlik qüvvələri bu plandan xəbər tutub və gənc saxlanılıb.

Təhlükəsizlik qüvvələri sui-qəsdin hazırlandığı deputatın adını rəsmən açıqlamayıb. Əldə etdiyimiz məlumata görə, söhbət Aleksandr Yankloviçdən gedir.

O, 1999-cu ildə Rusiya Qəhrəmanı adına layiq görülüb. Saratovda şəhər sovetinin deputatı olub, sonra vilayət parlamentinə seçilib.

Aleksandr Yankloviç xüsusi hərbi əməliyyatın üzvüdür, əsgərlərə humanitar yardımın çatdırılmasını əlaqələndirir və veteranlar birlikləri ilə işləyir.

Əli Babayev

Seçilən
21
sia.az

1Mənbələr