AZ

Fransanın baş naziri ölkənin rekord dövlət borcunu açıqlayıb

Fransanın Baş naziri Fransua Bayru respublikanın 2017-ci ildə Emmanuel Makronun ilk prezidentlik müddətinin əvvəlindən əldə edilmiş rekord xarici borcunu açıqlayıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.
 

Onun sözlərinə görə, Fransanın bütün tarixində belə böyük xarici dövlət borcu olmayıb.
 

“Ölkəmizin həddən artıq borcundan xəbərdar olmalıyıq və xarici borcları azaltmağa başlamalıyıq. Emmanuel Makronun dövründə bu, 12% artıb”, - Nazirlər Kabinetinin rəhbəri bildirib.
 

O, ölkənin xarici borcunu sosial modelinin üstündən asılan “Damokl qılıncı” adlandırıb.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) məlumatına görə, respublikanın xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7%-nə çatıb. Keçən ilin ikinci yarısında 72 milyard avro artıb və hazırda 3,303 trilyon avroya bərabərdir.


İnci

Seçilən
22
sfera.az

1Mənbələr