AZ

Çin iqtisadiyyatından daha bir bədbin xəbər: Son 13 ildə ilk dəfə....

Çin Xalq Bankı yenidən 2025-ci ildə iqtisadi artımı dəstəkləmək üçün tədbirlər həyata keçirəcəyini vəd edib.

Musavat.com The Wall Street Journal-a istinadən xəbər verir ki, yanvarın 14-də keçirilən brifinqdə Mərkəzi Bankın nümayəndələri tənzimləyicinin faiz dərəcələrini azaltmaqla və bank ehtiyatlarına olan tələbləri yumşaltmaqla iqtisadiyyatı dəstəkləyəcəyini bildiriblər. Onlar həmçinin yuanı müdafiə etməyə söz verib, istiqraz bazarının həddindən artıq istiləşməsi riski barədə xəbərdarlıq ediblər.

Çin Mərkəzi Bankının yanvarın 14-də açıqladığı məlumatlar Çində 2024-cü ildə yerli valyutada yeni bank kreditlərinin son 13 ildə ilk dəfə azaldığını göstərib. Capital Economics-in analitikləri zəif özəl tələbin yaxın gələcəkdə kredit artımının qarşısını alacağını gözləyirlər.

Təhlükəsiz sığınacaq aktivlərinə artan tələbat Çinin 10 illik dövlət istiqrazlarının gəlirliliyini 1,6 faizlik ən aşağı səviyyəyə çatdıraraq yuana təzyiq göstərib. ABŞ-ın Çin mallarına potensial tarif artımı ilə bağlı qeyri-müəyyənlik vəziyyəti daha da gərginləşdirir və bu şəraitdə milli valyutanın sabitləşməsi Çin hakimiyyəti üçün prioritet məsələyə çevrilib.

Bankın vitse-qubernatoru Xuan Changneng yanvarın 14-də bildirib ki, tənzimləyici yuanı sabitləşdirmək və valyuta bazarında sabitliyi pozan hərəkətlərə görə cəzalar tətbiq etmək niyyətindədir.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr