AZ

“Düzəltməyə çalışmalı olduğum ilk şey...” - Yeni baş məşqçi

Yenidən “Everton”un baş məşqçisi təyin edilən David Moyes klubdakı planlarından danışıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı çalışdırıcı bacardığı qədər çox şeyi düzəltməyə çalışacağını bilidrib:

“İstədiyimiz ən mürəkkəb planlara sahib ola bilərik, amma düzünü desək, yəqin ki, hələ bunu etmək iqtidarında deyilik.

Ancaq gələcəkdə nə olacağını görməliyik. Mən buradayam və bacardığım qədər çox şeyi düzəltməyə çalışacam.

Düzəltməyə çalışmalı olduğum ilk şey, Premyer Liqa komandası olaraq yeni stadionumuza getdiyimizə əmin olmaq üçün nəticələr əldə etməkdir.

Uzaqda daha aydın mavi səmanı görəcəyimizə ümid edirik və hamımız bir araya gəlib ona doğru getməliyik. Mən demirəm ki, hər şey rəvan olacaq. “Everton”un oyunçuları son iki-üç ildə buna öyrəşiblər.

Ancaq mən həqiqətən hiss edirəm ki, bizi qarşıda daha yaxşı bir şey gözləyir və biz irəliyə baxmalı, gözəl gələcək üçün planlar qura biləcəyimizə ümid etməliyik.

Azarkeşləri tanıyıram, onların nə istədiklərini bilirəm. Bu mövsümü düzgün keçirib, yenidən mübarizəyə başlamalıyıq.

Mən burada qazandığımız mövqelərlə həqiqətən fəxr edirəm. Biz müntəzəm olaraq Avropaya meydan oxumuşuq.

Yenidən o terminlərlə danışa bilsək, çox yaxşı olardı, amma ayağa qalxana, özümüzü tozdan təmizləyənə və rəqabətədavamlı olana qədər belə danışa bilmərik.

Hazırda mənim planım, ilk növbədə, Premyer Liqa komandası olduğumuza əmin olmaq üçün qələbə qazanmağa çalışmaqdır”.

61 yaşlı mütəxəssis 2002-2013-cü illərdə də “Everton”un baş məşqçisi postunu tutub.

Seçilən
0
sportinfo.az

1Mənbələr