AZ

Türkiyə çempionatının bombardiri ABŞ-yə doğru

Türkiyə Superliqasının bombardiri, "Başakşəhər" klubunun futbolçusu Kşiştof Piontek karyerasını ABŞ-nin MLS Liqasında davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunu "Atalanta Yunayted" transfer etmək niyyətindədir.

Futbolçu 2023-cü ildən Türkiyə klubunun formasını geyinir. K.Piontek hazırda 13 qolla Superliqanın bombardirlər siyahısında birincidir.

Qeyd edək ki, İstanbul komandası Superliqanın turnir cədvəlində 26 xalla 7-ci yerdə qərarlaşıb.

Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr