Meksika texnologiya investorlarının diqqət mərkəzinə çevrilib.
Valyuta.Az xəbər verir ki, "Google" və "Microsoft"dan sonra "Amazon"un bulud hesablamaları bölməsi "Amazon Web Services" ("AWS") ölkədə məlumat mərkəzi inşa etmək qərarı verib. Bulud texnologiyaları nəhəngi, Meksikaya 15 il ərzində mərhələli şəkildə 5 milyard dollar investisiya yatıracağını elan edib.
Bu investisiyanın bir hissəsi "AWS" müştərilərinə tətbiqlərini idarə etməyə və Meksikada yerləşən AWS məlumat mərkəzlərindən son istifadəçilərə xidmət göstərməyə şərait yaradacaq. "AWS" bəyan edib ki, bu layihə Meksikanın ümumi daxili məhsuluna ("ÜDM") təxminən 10 milyard dollar əlavə edəcək və təxminən 7 min tam iş günü yaradacaq. Yaradılacaq iş yerləri həm təchizat zəncirində iştirak edən şirkətləri, həm də "AWS"nin Meksikadakı iş tərəfdaşlarını əhatə edəcək.
"AWS"in 2020 və 2023-cü illərdə istifadəyə verdiyi məlumat mərkəzlərindən sonra bu, ölkədə həyata keçiriləcək üçüncü layihə olacaq.
"AWS"in infrastruktur xidmətləri üzrə vitse-prezidenti Prasad Kalyanaraman (Prasad Kalyanaraman) bildirib: "Bu investisiya, infrastrukturumuzu genişləndirməyə davam edərkən əhəmiyyətli bir addımı ifadə edir."
Texnologiya şirkətlərinin qarşıdakı beş il ərzində Meksikadakı məlumat mərkəzi infrastrukturuna 7 milyard dollardan çox vəsait xərcləməsi gözlənilir. Hazırda təxminən bir düzünə layihə üzərində işlər aparılır. "AWS" Meksikanın Querétaro şəhərini bu investisiyanın əsas mərkəzi seçib. "Google" ötən ilin dekabrında Querétaroda bulud məlumat mərkəzi açıb, "Microsoft" isə ötən ilin mayında həmin şəhərdə server mərkəzi qurub.
Rəhim