AZ

Karius özünə yeni komanda tapdı - RƏSMİ

"Liverpul"un sabiq qapıçısı Loris Karius karyerasını Almaniyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper "Şalke"yə keçib. 

Bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 31 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalanıb. 

Karius altı aydan çox klubsuz qalıb. O, ötən mövsümün sonunda ehtiyat qapıçısı olduğu “Nyukasl”ı tərk edib. 

Əvvəllər “Maynts”, “Liverpul”, “Beşiktaş”, “Union Berlin”də də çıxış edən alman ən böyük şöhrəti təbii ki, Mersisayd klubunun sıralarında qazanıb. 

"Transfermarkt" hazırda Kariusun dəyərini cəmi 800 min avro qiymətləndirir. 

“Şalke” Almaniyanın ikinci divizionunda bu mövsüm 20 xalla 13-cü yerdədir. 

Mirağa 

Seçilən
0
fanat.az

1Mənbələr