AZ

AZAL təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar təqdim edib - Lavrov


Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin "qara qutuları"nın açılması və orada qeyd olunanlar mediada verilən bəzi ilkin versiyaları təsdiqləmir.

News24.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İstintaq çərçivəsində Braziliyada xüsusi iclas keçirildi. Biz "qara qutu"ları açdıq. Onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Oradakı məzmun bizi bir daha əmin edir ki, tam hüquqi araşdırmanı gözləmək lazımdır. 

İndi böyük hesabla "qara qutu"lardakı məlumatlarla təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında ab-hava yaratmağa ehtiyac yoxdur”, - Lavrov qeyd edib. 


Seçilən
2
news24.az

1Mənbələr