AZ

Uşaqlarımızı sosial şəbəkələrin təsirindən qorumaq hər birimizin vəzifəsidir -Kamran Əsədov

"Uşaqlarımızı sosial şəbəkələrin təsirindən qorumaq hər birimizin əsas vəzifəsidir".

Redaktor.az xəbər verir ki, bu sözləri Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, uşaqları kitab oxumağa, idmanla məşğul olmağa və sağlam fəaliyyətlərlə məşğul olmağa yönəltməliyik: 

"Təəssüf ki, bu gün yolda gedərkən telefonuna baxaraq hərəkət edən şagirdlərə çox rast gəlirik. Bu, həm təhlükəli vərdişdir, həm də onların vaxtını boşa sərf etməsinə gətirib çıxarır. Məktəblər, valideynlər və cəmiyyət olaraq bu istiqamətdə ciddi işlər görməliyik. Uşaqlarımızın gələcəyini qorumaq üçün hərəkətə keçmək vaxtıdır".

Seymur BƏNNAYEV 

Seçilən
5
1
redaktor.az

2Mənbələr