Almaniyanın “Bayern” klubunun sol vingeri Ariyon İbrahimoviç bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi 19 yaşlı İbrahimoviçi bu mövsümün sonunadək icarəyə götürüb. Paytaxt klubu gənc futbolçunu satınalma şərti ilə heyətinə qatıb.
Xatırladaq ki, Ariyon İbrahimoviçin “Bayern”lə müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədərdir. O, ötən mövsümü İtaliyanın digər klubu “Frozinone”də icarədə keçirib. Gənc futbolçu İtaliya klubunun heyətində 18 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.
Ariyon İbrahimoviç Münhen klubunun əsas komandasında cəmi 3 oyuna çıxıb.
Almaniyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynamış Ariyon hazırda U-20-yə dəvət alır.
“Transfermarkt” internet-portalı 19 yaşlı Ariyon İbrahimoviçin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.