AZ

KİV: Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri dərhal qaldıracaq

KİV: Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri dərhal qaldıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri prezidentliyinin ilk günlərində aradan qaldırmaq niyyətindədir.AFN.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Qəzet həmçinin yazır ki, Tramp ilk günlərdə avtomobil tullantıları ilə bağlı ciddi standartların ləğvi prosesinə başlamaq niyyətindədir. Nəşrin məlumatına görə, Tramp federal qurumlara federal torpaqlarda və sahilyanı zonalarda qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq. "Bu tədbirlər ABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə kömək edəcək", - deyə Trampın keçid komandasına yaxın mənbələr qəzetə bildirib.Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Seçilən
5
4
afn.az

7Mənbələr