AZ

Nə zeytun yağı, nə də kərə yağı - Ən keyfiyyətli yağ…

ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford Universitetində aparılan araşdırmada ən sağlam yağ günəbaxan yağı olaraq müəyyən edilib.

Milli.Az bildirir ki, professor Alexandra Yakovleva tərəfindən aparılan araşdırmaya əsasən, günəbaxan yağı sağlamlıq baxımından ən üstün yağ kimi təsdiqlənib. Nəticələr həm tibbi, həm də qidalanma baxımından diqqət çəkib.

Günəbaxan yağının faydaları

Yüksək doymamış yağ turşuları:

Günəbaxanyağı yüksək miqdarda doymamış yağ turşuları ehtiva edir.
Ürək sağlamlığını qoruyur və damar tıxanıqlığının qarşısını alır.

Mədə və bağırsaq problemlərinə yaxşı təsir göstərir:

Araşdırmada günəbaxan yağının mədə və bağırsaq xəstəliklərinə müsbət təsiri sübut edilib.

Beyin inkişafı üçün əhəmiyyətlidir:

Əvvəlki araşdırmalara görə, günəbaxan yağı beyin inkişafını dəstəkləyir.
Şəkərli diabet xəstələrində insulinin tənzimlənməsinə kömək edir.
Heyvansal yağlarla müqayisədə metabolizmaya daha güclü təsir göstərir.

Omega-3 mənbəyi:

Enfeksiyaların qarşısını alır və hüceyrələrin yenilənməsini təmin edir.
Bəzi hallarda kosmetik məhsulların hazırlanmasında da istifadə edilir.
Lakin həddindən artıq istehlak zərərlidir
Günəbaxan yağının həddindən artıq istifadəsi bəzi problemlərə səbəb ola bilər:

Dəridə sızanaq və yağlanma riskini artırır.
Qızartma yağı bir dəfədən çox istifadə edilməməlidir.

Damar tıxanıqlığı:

Həddindən artıq istehlak damar tıxanıqlığına səbəb ola bilər.
Menopoz dövründə qadınlarda həddindən artıq istifadə döş xərçəngi riskini artırır.
Kişilərdə isə prostat xərçəngi riskini artıra bilər.

Günəbaxan yağı, faydaları ilə diqqət çəksə də, düzgün və ölçülü şəkildə istifadə edilməlidir. Həddindən artıq istifadəsi sağlamlığa mənfi təsir göstərə bilər. Təklif olunan miqdar çərçivəsində istifadə edildikdə, bu yağ sağlam həyat tərzi üçün əhəmiyyətli rol oynaya bilər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
8
8
milli.az

9Mənbələr