Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, Super Liqa təmsilçisini Əmrə Beləzoğlu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Beləzoğlu ilə 1.5 illik müqavilə imzalanıb. O bu postda dünən istefaya göndərilən Aleks De Souzanı əvəzləyib.
Beləzoğlu son olaraq "Ankaragücü"nü çalışdırıb.
Superliqanın ilk yarısında 6 qələbə qazanmağı bacaran Antalya təmsilçisi 3 görüşdə heç-heçə edib, 9 görüşdə məğlub olub.