AZ

Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırdı

Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Azreform.info  "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Xatırladaq ki, federasiya 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi Şahmat Federasiyası və qardaşı Məhərrəm Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.

Seçilən
1
2
azreform.info

3Mənbələr