AZ

Nigeriya prezidendi Qazaxıstana səfər edəcək



Nigeriya Federativ Respublikasının rəhbəri Bola Ahmet Tinubu Qazaxıstana səfər edəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bikldirir ki, bu məsələ
Əbu-Dabi Davamlı İnkişaf Həftəsi beynəlxalq sammiti çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin nigeriyalı həmkarı ilə görüşündə müzakirə edilib.

Tokayev bildirib ki, Astana Afrika qitəsinin ən sıx məskunlaşdığı və ən böyük iqtisadiyyatı olan Nigeriya ilə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir.

Bola Əhməd Tinubu ikitərəfli münasibətlərin yeni və keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün birgə səylər göstərməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər görüşdə həmçinin, ticarət-iqtisadiyyat, nəqliyyat-logistika, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Dövlət başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində kommunikasiyaların intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Mehman Mehdiyev
Seçilən
8
newscenter.az

1Mənbələr