AZ

“Qış parkı”nda sökülən evlərə görə 1 miyon avro təzminat qərarı verildi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın mülkiyyət hüquqlarının pozulmasına görə 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməli olduğuna dair qərar çıxarıb.

AzPost Haqqın.az-a istinadən bildirir ki, AİHM qərarını Bakıda Qış Parkının tikintisi zamanı çıxarılan insanların ifadələri əsasında qəbul edib.

2008-ci ildə Bakı RİH başçısının sərəncamı ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşev küçələrində 500-dən çox yaşayış və qeyri-yaşayış binası sökülüb, sakinlər köçürülüb. Ərizəçilər mülkiyyət hüquqlarına müdaxilədən şikayətlənərək ədalətli mühakimə olunmasını tələb ediblər.

Hələ 2022-ci ildə AİHM bu işdə bir çox mülkiyyətçilərin hüquqlarının pozulmasını müəyyən edib və kompensasiya məsələsini həll etmək üçün vaxt verib.

Yanvarın 14-də Avropa Məhkəməsi qərar çıxarıb. Ona görə hökumət 18 ərizəçiyə 1 milyon 693 min avro məbləğində maddi və mənəvi ziyana görə təzminat ödəməyə borcludur.

Məhkəmənin qərarına əsasən, bütün müraciət edənlərə 3 ay ərzində dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. Müraciət edənlərə ödəniləcək kompensasiyanın ümumi məbləği 1 milyon 693 min 892 avrodur.

Seçilən
1
1
azpost.info

2Mənbələr