AZ

Blinken "Soyqırım naziri" şüarları ilə protestoEDİLDİ

ABŞ Dövlət Katibi Antony Blinken, vəzifəsinin son xarici siyasət çıxışını edərkən, "soyqırım naziri" və "sizi bağışlamayacağıq" şüarları ilə protesto edilib.

Redaktor.az xəbər verir ki, Vaşinqtonda Atlantic Council düşüncə qurumunun təşkil etdiyi tədbirdə çıxış edən Blinken, Prezident Baydenin 4 illik xarici siyasətini qiymətləndirib.

Çıxışı zamanı ayağa qalxan nümayişçi, ABŞ-nin Qəzzada minlərlə uşağın ölümünə görə məsul olduğunu bildirərək, "soyqırım naziri" və "sizi  bağışlamayacağıq, bunları unutmayacağıq" deyə bağırıb.

Qısa müddət sonra, ikinci və üçüncü nümayişçilər də Blinken-ı "soyqırım naziri" deyərək protesto edib.

Seymur BƏNNAYEV 

Seçilən
1
1
redaktor.az

2Mənbələr