AZ

NATO "Baltik Qvardiyası" əməliyyatına başlayıb - Baş katib

NATO "Baltik Qvardiyası" əməliyyatına başlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Helsinkidə keçirdiyi mətbuat konfransında elan edib.

O, Şimali Atlantika Alyansının Finlandiya ilə Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətində olduğunu açıqlayıb.

Baş katib “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib: "Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir".

Seçilən
0
50
aznews.az

10Mənbələr