AZ

Meksika Prezidenti Trampın andiçmə mərasiminə dəvət almayıb

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmişprezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçməmərasiminə dəvət almayıb.

Trend xəbər verirki, bu barədə Meksika lideri gündəlik mətbuat konfransında məlumatverib.

Şeynbaumdan Trampın andiçmə mərasiminə dəvət alıb-almadığısoruşulduqda, o, “Xeyr, amma eybi yoxdur, eybi yoxdur. MeksikanınABŞ-dakı səfiri andiçmə mərasimində iştirak edəcək, problem yoxdur”deyə cavab verib.

Xatırladaq ki, noyabrın 25-də Donald Tramp vəzifəyə başladığıilk gündən etibarən qeyri-qanuni immiqrasiya və narkotikqaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gətirilən bütünmallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

Meksika rəsmiləri bu qərara cavab olaraq, ABŞ-a qarşı eynitədbirlərin görüləcəyini və ticarət müharibəsinin ABŞ iqtisadiyyatıüçün mənfi nəticələrə səbəb olacağını bəyan ediblər.

Seçilən
3
az.trend.az

1Mənbələr