AZ

14 ildən sonra İLK YAŞANIR - Suriyanın XİN rəhbəri Türkiyəyə gedir

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra qurulan yeni administrasiya ilə Türkiyənin diplomatik təmasları davam edir.

Turkustan.az Türkiyə XİN-ə istinadlaxəbər verir ki, yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən Şeybani sabah onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Ankaraya səfər edəcək.

Səfər çərçivəsində Şeybani və onu müşayiət edən nümayəndə heyətinin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalınla görüşəcəyi gözlənilir.

Şeybani özü də sosial media hesabında türk dilində açıqlama yayıb:

"Yeni Suriyanı təmsil etmək üçün sabah on dörd il ərzində Suriya xalqını heç vaxt tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik"./publika.az/

Seçilən
4
1
turkustan.az

2Mənbələr