Əsas yoldan qəsəbəyə girmək üçün sakinlər 16 kilometr yol qət edirlər...
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xəzər rayonu Zığ- Qala yolundan gedir.
Sakinlər deyirlər ki, Zığ şosesi ilə gələrkən Binə qəsəbəsinə dönmək mümkün deyil. Məcbur qalıb sakinlər 8 kilometr məsafədə olan Türkan dairəsi kimi tanınan yerdən geri dönüş edirlər. Bu da onlar üçün həm vaxt itkisi, həm də əlavə xərcdir.
Avtomobillərin rahat dönməsi üçün yerin olmaması səbəbindən sürücülər deyirlər ki, bəzən uşaqlar məktəbə də gecikirlər. Hətta buna görə dəfələrlə Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdiklərini də deyirlər.
Yerüstü Nəqliyyat Agentliyindən isə ''Xəzər Xəbər''ə bildirdilər ki, sözügedən ərazi xüsusi əhəmiyyətli yoldur. ''Bu cür sürətli yollarda giriş-çıxışlar müxtəlif səviyyədə təşkil olunur. Əraziyə aidiyyəti qurumların iştirakı ilə baxış keçirilməlidir''-deyə qurumdan əlavə etdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.