AZ

"Lukoil"in rəhbəri dəyişdi

Lukoil Direktorlar Şurası yanvarın 13-də keçirilən iclasında şirkətin icraçı direktoru Vadim Vorobyovun səlahiyyətlərini vaxtından əvvəl dayandıraraq onun yerinə Sergey Koçkurovu təyin edib.

Musavat.com xəbər verir ki, bu qərar Korporativ Məlumatların Açıqlanması Mərkəzində dərc olunub.

Vadim Vorobyov 2022-ci ildən Lukoil-un rəhbəri idi. O, bu vəzifəni ABŞ sanksiyalarına məruz qalan keçmiş rəhbər Vahid Ələkbərovdan təhvil almışdı. Vorobyov 2002-ci ildən etibarən Lukoil-un strukturunda müxtəlif vəzifələrdə çalışmış, 2022-ci il təyinatına qədər birinci icraçı vitse-prezident vəzifəsini icra etmişdi.

Qeyd edək ki, yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Vadim Vorobyovu sanksiyalar siyahısına daxil edib. Bununla yanaşı, "Qazprom Neft", "Surqutneftqaz" və 183 tanker də ABŞ-ın məhdudiyyətlərinə məruz qalıb. Amerika tərəfi bu sanksiyaların məqsədinin Rusiyanın enerji satışlarından əldə etdiyi gəlirləri azaltmaq olduğunu bəyan edib. 

Mənbə: https://www.forbes.ru/biznes/528803-lukojl-smenil-ispolnitel-nogo-direktora-posle-vvedenia-ssa-novyh-sankcij?utm_source=forbes&utm_campaign=interesting-today

 

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr