AZ

Fransızların sayı azalır



Fransada doğum səviyyəsi İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə düşüb.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb. Məlumata görə, ötən il Fransada 663 min uşaq doğulduğu halda, 2023-cü illə müqayisədə doğulanların sayında 2,2 faiz azalma olub.

Doğuş əmsalı 2024-cü ildə 1,62 səviyyəsində olan 2,1-dən aşağı qalıb ki, bu da 1919-cu ildən bəri ən aşağı səviyyədir.

Digər tərəfdən, Fransada 2024-cü ildə ölənlərin sayı bir əvvəlki ilə görə 1,1 faiz artaraq 646 min nəfər olub.

Mehman Mehdiyev
Seçilən
8
newscenter.az

1Mənbələr