Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 17-də saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilməsi nəzərdə tutulan (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu yanvarın 18-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.