AZ

Riqa hava limanının ərazisində naməlum PUA-lar göründü


Latviyanın Mülki Aviasiya Agentliyi yanvarın 13-də Riqa hava limanının ərazisində bir neçə naməlum pilotsuz uçuş aparatının uçuşu ilə bağlı Dövlət Polisi və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Bildirilib ki, Latviya hava məkanında pilotsuz uçuş aparatları səbəbindən üç dəfə qısa müddətə məhdudiyyətlər tətbiq edilməli olub.
Belə ki, üç təyyarənin istiqaməti başqa hava limanlarına dəyişdirilib: Sofiyadan “airBaltic” və Kutaisidən “Wizzair” reysləri Vilnüsə, Helsinkidən uçan “Finnair” təyyarəsi isə uçuş hava limanına qayıdıb.
Təkrarlanan PUA uçuşları zamanı yenidən sərnişinləri Riqaya çatdırmağa cəhd edən yönü dəyişdirilmiş “airBaltic” və “Wizzair” reysləri hava limanı açılana qədər Latviya hava məkanında gözləmək məcburiyyətində qalıb. Bundan əlavə, PUA səbəbindən Riqadan bir çox reyslər gec uçub.
Aviasiya tənzimləyicisi hesab edir ki, dronlar xüsusi olaraq mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təhdid etmək və ya Latviya mülki aviasiya sektorunun fəaliyyətini pozmaq üçün buraxıla bilər.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr