AZ

Reşford "Barselona"ya şərt qoydu

"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Barselona"ya şərt qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın sport.es saytı məlumat yayıb. 

27 yaşlı ingiltərəli hücumçu bildirib ki, əgər Kataloniya klubu onu icarəyə götürəcəksə bu haqda son cavabı yanvarın 15-i daxil olmaqla verməlidir. 
 

Bildirilir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik özü Reşfordu bəyənib və onun keçidinə razıdır. Lakin klubun rəhbərlərində futbolçunun qeyri-stabil çıxışı şübhə yaradıb. 


Qeyd edək ki, Markus Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində 24 matça çıxaraq 7 qol vurub və 3 qolun ötürməsini edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. 

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr