Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Mərasim Vaşinqtonda baş tutub, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb.
Müqaviləyə mentorluq proqramları, hərbi-hərbi əlaqələr, hərbi təlimlərdə iştirak və beynəlxalq təhsil proqramlarında iştirak, həmçinin Kanzas Milli Qvardiyası ilə davamlı uzunmüddətli əməkdaşlıq daxildir.