AZ

“Fədayə Zeynəb Xanlarovanın mahnısını ondan yaxşı oxuyur, o pionerdir”-ÖZƏL

Müğənni İlahə Fəda paylaşımı ilə diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, o, sosial media hesabında yayımladığı videoda açıqlamalar verib.
 
İlahə Fəda iddia edib ki, bacısı Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovadan daha peşəkardır.
 
Moderator.az-a açıqlama verən müğənni bildirib ki, bu açıqlamasından sonra sosial şəbəkədə onun ünvanına tənqid yazanlar da olub.
 
“Mənim Fədayəni Zeynəb xanımla müqayisə etməyim və Fədayəni daha professional müğənni kimi görməyim yəqin ki, bəzilərini əsəbləşdirib. Öncə onu deyim ki, Fədayə Laçın mənim bacımdır deyə o fikirləri deməmişəm. Mən bu fikirləri ali savadlı musiqiçi kimi demişəm. Yəqin ki, musiqiçilər məni daha gözəl başa düşər. Azərbaycan musiqisində elə insanlar var ki, onlar pionerdirlər. Rəhmətlik Rəmiş, (Rafiq Hüseynov), Zeynəb Xanlarova pionerdirlər. Bu insanlar səhnəyə ilkləri gətiriblər. Məsələn, Zeynəb Xanlarova o biri müğənnilərdən səhnə hərəkətləri, geyimləri ilə seçildi. Çünki Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Rübabə Muradova olan yerdə Zeynəb xanımın seçilmək, qabağa getmək şansı yox idi. Bu mənim subyektiv fikrimdir. Zeynəb xanım səhnəyə hərəkəti, parıltılı geyimləri gətirib deyə bu o demək deyil ki, o kimsəylə müqayisə olunmazdır. Mən bu videonu yayımlayandan sonra rəylərdə yazırdılar ki, Zeynəb Xanlarova SSRİ Xalq artistidir, Fədayə xanımın heç fəxri adı yoxdur! Bu o demək deyil ki, Zeynəb xanım əvəzolunmazdır, təkrarsızdır! Aygün Bəylər kimi oxuyanın da əməkdar artist fəxri adı var idi, heç xalq artisti də olmadı. Amma xalqın artistidir. O rəylərə ümumiyyətlə fikir vermirəm. Qaldı ki, oxumağa.. Fədayə xanımın səsi daha rənglidir, daha professional oxuyur. Hətta yorğun olanda da səsi bir deton, xaric not oxumur. Başa düşürsünüz bu nə deməkdir? Bu əsl, professional musiqiçi deməkdir. Mən Flora xanımı sevdiyim kimi bacım da Zeynəb xanımı çox sevir, amma o Zeynəb xanımın mahnısını ondan yaxşı oxuyur. Əstağfurullah, mən bu sözü deməklə Zeynəb xanımı təhqir, tənqid etməmişəm ki.. Sadəcə olaraq mənə sual veriblər ki, siz Fədayə xanıma qulaq asırsız yoxsa Flora xanıma? Cavab vermişəm ki, Flora xanım elə bir zirvədir ki, onu heç kimlə müqayisə etmək olmur” deyə müğənni bildirib.
 
İlahə Fəda deyib ki, bu dediklərinə bacısı heç bir münasibət bildirməyib:
 
“Deyəsən hələ ki, xəbəri yoxdur. Xəbəri olsaydı mənə yazardı. Yəqin ki, mənə heç bir söz deməz” deyə müğənni bildirib.
Seçilən
13
moderator.az

1Mənbələr