Mohamed Salah karyerasını Ərəbistanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Əl-İttihad" misirli ulduzu transfer etmək istəyir. Bu barədə "Fichajes" məlumat yayıb.
32 yaşlı oyunçunun sözügedən kluba keçməsi ilə Səudiyyə Ərəbistanı futbolunun dünya arenasında daha da tanınacağı qeyd edilib.
Xatırladaq ki, Salah 2024/25 mövsümündə "Liverpul"un forması ilə 28 oyuna çıxıb və 21 qola, 17 məhsuldar ötürməyə imza atıb.