AZ

Yorğun “Qarabağ”lı: “Hazırıq”

“İndiki mərhələdə yorğunluğun olması normaldır.

Gücümüzü bərpa etmək üçün bu, normaldır”.

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Sportinfo.az-a komandasının qış hazırlıq toplanışı ilə bağlı danışıb.

10 günlük istirahətdən sonra bir araya gələn futbolçular 10 gün ərzində mövsümün ikinci yarısına hazırlıqları davam etdirib, iki yoldaşlıq görüşündə tər tökdülər.

“Kəpəz”lə görüşdə 5:1, “Zirə”ylə oyunda 4:2 hesablı qələbələrə sevinən “Qarabağ”lıların üzündəki yorğunluğu görmək çətin deyildi.

Kapo-verdeli legioner toplanışın yekununa əsasən hazır olduqlarını söyləyib:

“Yoldaşlıq görüşləri məşqçilər heyətinin işinə yaradığı kimi, biz futbolçulara da çox kömək edir.

Təxminən 20 günlük fasilədən sonra yenidən yaşıl meydana çıxıb, mübarizə aparmaq və itirilən gücü qaytarmaq üçün bu oyunlar vacib idi.

Qarşıdakı bizi çətin matçlar gözləyir. Uğura nail olmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümə hazırıq”.

“Köhlən atlar” Premyer Liqanın 19-cu turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək. Yanvarın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Seçilən
1
sportinfo.az

1Mənbələr