İngiltərə Bankı (BoE) rəqəmsal funtun tətbiqi ilə bağlı qərarın 2027-ci ilə qədər verilməyəcəyini açıqladı.
Bankdan verilən açıqlamada, rəqəmsal funt-sterlinqlə irəliləyişlə bağlı qərar qəbul etməzdən əvvəl önümüzdəki iki il ərzində dizayn mərhələsini tamamlamaq üçün planların hazırlanacağı bildirilib:
"Növbəti bir neçə il ərzində, dizayn mərhələsini tamamladıqdan sonra, daha geniş ödəniş mühitindəki inkişafı nəzərə alaraq, Bank və hökumət rəqəmsal funt üçün siyasət vəziyyətini qiymətləndirəcək və davam edib-etməyəcəyinə qərar verəcəkdir".
Bəyanatda rəqəmsal funtun həyata keçirilməsi üçün parlamentin təsdiqinin tələb olunacağı bildirilib.