Vinisius Junior gözlənilən aqibətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, “Real”ın “Valensiya” ilə çempionat oyununda (2:1) qırmızı vərəqə alan futbolçusunun cəzası müəyyənləşib.
24 yaşlı hücumçu La Liqanın 12-ci turundan təxirə salınan və yanvarın 3-də keçirilən matçda rəqib qapıçı Stole Dmitrievskini itələyərək yerə yıxmış və qırmızı vərəqə ilə meydandan qovulmuşdu. İspaniya Kral Futbol Federasiyası Vinisiusu buna görə 2 oyunluq cəzalandırıb.
Bundan əlavə, braziliyalı futbolçu 600 avro, “Real” isə 700 avro cərimələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta