ABŞ sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında razılığa gəldilər
“Xüsusi sərhəd təhlükəsizliyi qrupu gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə birgə işləmək üçün Ermənistana səfər edəcək. Biz bu istiqamətdə müvafiq işi gücləndirəcəyik”, - Antoni Blinken bildirib.
Bizim.Media