AZ

Amerikada ölüm səviyyəsi doğum sayını üstələyəcək




ABŞ üçün təəccüblü hesabat: 2033-cü ildə ölümlər doğumları ötəcək
ABŞ-da illik ölüm nisbətlərinin 2033-cü ilə qədər doğum nisbətini ötəcəyi proqnozlaşdırılır.
ABŞ üçün təəccüblü hesabat: 2033-cü ildə ölümlər doğumları ötəcək

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) "Demoqrafik Görünüş: 2025-2055" hesabatını dərc edib.

Hesabatda ABŞ əhalisinin 2025-ci ildəki 350 milyon nəfərdən 2055-ci ildə 372 milyon nəfərə qədər orta illik 0,2 faiz artacağı gözlənilir.

Bu nisbətin 1975-2024-cü illərdə qeydə alınan 0,9 faizlik illik orta artım sürətinin dörddə birindən az olduğuna diqqət çəkən hesabata görə, illik ölümlərin 2033-cü ilə qədər illik doğumları aşması proqnozlaşdırılır.

Hesabatda əhalinin artım tempinin 2025-2035-ci illər arasında illik orta hesabla 0,4 faizdən 2036-2055-ci illər arasında illik orta hesabla 0,1 faizə düşərək, növbəti 30 il ərzində ümumi olaraq yavaşlayacağı gözlənilir.

Hesabatda xalis miqrasiyanın əhali artımının getdikcə daha vacib bir mənbəyi olacağına və miqrasiya olmadan əhalinin 2033-cü ilə qədər azalmağa başlaya biləcəyinə, doğuş nisbətlərinin bir nəslin özünü yeniləməsi üçün qeyri-kafi olacağı proqnozlaşdırıldığına diqqət çəkilir.

Hesabatda əhalinin orta hesabla 2025-2055-ci illər arasında qocalmasının gözlənildiyi, bu dövrdə 65 və yuxarı yaşda olanların sayının əhəmiyyətli dərəcədə artacağı və bu qrupun artım tempinin gənc yaş qruplarının artım tempindən daha sürətli olacağı qeyd edilib.
Seçilən
1
1
newscenter.az

2Mənbələr