AZ

Əli Kərimlinin “stəkanda fırtına” qoparmaq cəhdləri...

Ölkəmizin milli mənafeyini şəxsi ambisiyalarına, korporativ maraqlarına qurban verməyə hazır olan radikal müxalifət düşərgəsinin “liderləri”-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların trolları sosial şəbəkələr vasitəsilə cəmiyyətdə qarşıdruma və antoqonist ziddiyyətlər yaratmaq üçün gecə-gündüz cənfəşanlıq göstərirlər.

Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycan dairələrə maşalıq edən antimilli ünsürlər son zamanlar ictimai şüuru manipulyasiya edərək dağıdıcılığı, inkarçılığı, pozuculuğu təbliğ edir, özlərinin bu məkrli oyunlarına cəmiyyətin fəal təbəqəsi olan gəncləri radikallığa sövq etmək üçün ən çirkin vasitələrə əl atırlar. Ölkəmizin ictimai-siyasi həyatında baş verən yenilikləri, inkişafı inkar edən, iddiaları ilə istedad və bacarıqları tərs mütənasib olan, ortaya heç bir yeni ideya, səmərəli nümunə qoya bilməyən bu merakantillərin yüyənlərinin şeytanın əlində olduğunu desək, heç də yanılmarıq.

Ölkənin siyasi arenasında dağıdıcılığın, pozuculuğun rəmzi kimi tanınan AXCP sədrinin son zamanlar ermənipərəst dairələrə yaxınlığı ilə tanınan xarici media orqanlarında intensivləşən cəfəngiyyat dolu cızma-qaralarında respublikamızdakı mövcud inkişafa, sabitliyə, demokratik mühitə kölgə salmaq cəhdləri Ə.Kərimlinin xaricdəki ağalarından aldığı sifarişləri yerinə yetirdiyini bir daha təsdiq edir. Qərbdəki bəzi dairələrin, ermənipərəst qrant fondlarının miskin əlaltısına çevrilən AXCP sədrinin Azərbaycan əleyhdarları ilə işbirliyini gündən-günə gücləndirməsi cəmiyyətin ayrı-ayrı təbəqələrinin ikrah və qəzəbinə səbəb olur. Bu zatın yanvarın 14-də sosial şəbəkə seqmentlərindəki “Belarusda Lukaşenko rejiminə müxalif mövqedə olan, mərkəzi ofisi Avropada yerləşən müstəqil, ən tirajlı mətbuat orqanı Xartiya 97 mənimlə geniş müsahibəni belarus, rus və ingilis dillərində, gördüyünüz fotolarla oxucularına təqdim edib” cümləsi ilə başlanan yazısı dediklərimizin əyani təsdiqidir.

Bəri başdan deyək ki, başdan-ayağa yalan, şər böhtan, ittihamlardan ibarət bu cızma-qara Ə.Kərimlinin siyasi korluqdan, “tükənmişlik sindromu”ndan əziyyət çəkən saxtakar birisi olmasını bir daha ortaya qoyur.  Bütün siyasi fəaliyyəti boyunca milli maraqlara və mənəvi dəyərlərə zidd olan ən çirkin üsullara əl atan, eyforiyaya qapılaraq  “stəkanda fırtına” qoparmaq həvəskarı olan, saxta məlumatlarla, böhtan  və iftiralarla dolu çıxışlarına görə mahir manipulyasiyaçı kimi tanınan AXCP sədrinin bu cızma-qarasına yazılan şərhlər onun cəmiyyət tərəfindən  çoxdan “iqnor” edildiyinin əyani göstəricisidir. Hamımız yaxşı bilirik ki, bütün bunlar AXCP sədri tərəfindən Azərbaycanı gözdən salmaq üçün qəsdən ölkəmizin beynəlxalq aləmdə mənfi obrazını yaratmaq cəhdindən başqa bir şey deyil.

Zahid Rza, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr