2024-cü ilin dördüncü rübündə təqribən 330 milyon smartfon tədarük edilib ki, bu da Apple-ın liderliyidir. Bu barədə GSMArena portalı Canalys-in rüblük hesabatına istinadən xəbər verir.
Araşdırma şirkətinin məlumatına görə, qlobal smartfon bazarı ötən ilin dördüncü rübündə 3% artaraq 330 milyon cihaz həcminə çatıb. Bu, bazarın artım nümayiş etdirdiyi ardıcıl beşinci rübdür.
Apple rübü 23% bazar payı ilə başa vuraraq satış lideri oldu. İkinci yeri 16% payla "Samsung", üçüncü yeri 13% payla "Xiaomi" tutub. Maraqlıdır ki, ilk üçlükdən yalnız Xiaomi həm Çin, həm də qlobal bazarlardakı uğurları sayəsində əvvəlki illərlə müqayisədə artım göstərə bilib. Transsion (Infinix, Tecno və itel) və Vivo 8%-lə müvafiq olaraq dördüncü və beşinci yerləri tutdular.
Bütün il ərzində bazara 1,2 milyard smartfon tədarük edilib ki, bu da əvvəlki illə müqayisədə 7% artım deməkdir. Mütəxəssislər bir çox bazarlarda yüksək qeyri-müəyyənlik səbəbindən bu il belə nəticələrin təkrarlanmasının çətin olacağı barədə xəbərdarlıq edirlər.