AZ

Türkiyədə saxta içkidən 11 nəfər öldü

İstanbulun Bakırköy rayonunda bir şəxs spirtli içki içdikdən sonra halı pisləşib və xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Milli.Az bildirir ki, Başakşehir rayonunda isə 3 Türkmənistan vətəndaşı saxta içkidən zəhərlənərək dünyasını dəyişib. Məlumata görə, bir gündə 11 nəfər saxta spirtli içkinin qurbanı olub.

2024-cü ilin əvvəlindən etibarən 50-dən çox şəxs saxta içki səbəbindən həyatını itirib.

Ölüm hallarının artması ilə əlaqədar İstanbul Valiliyi saxta içki ilə mübarizə məqsədilə bir sıra tədbirləri həyata keçirməyə başlayıb.

Alkoqol satışı edən yerlərə nəzarət gücləndirilib:

7 gün, 24 saat fasiləsiz görüntü qeydi sistemi quraşdırmaq məcburi hala gətirilib.
Sistem müəyyən edilən standartlara uyğun olmalıdır.

Saxta içki satışı nəticəsində ölümlərə səbəb olan müəssisələrin və lisenziyasız işləyən obyektlərin iş yeri açma və fəaliyyət icazəsi ləğv ediləcək.

İçki satışı yalnız nazirlikdən təsdiqli sənədi olan yerlərdə aparıla bilər.

Valiliyin həyata keçirdiyi bu tədbirlər, həm saxta içki ilə mübarizəni gücləndirmək, həm də insan həyatını qorumaq məqsədini daşıyır. Sərt nəzarət və tədbirlərlə bu ölümlərin qarşısını almaq hədəflənir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
10
milli.az

1Mənbələr