AZ

İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə: 11 nəfər ölüb » AzadMedia.az



İstanbulda saxta spirtli içkilərin istifadəsi 11 nəfərin ölümü ilə nəticələnib.

“Anadolu” xəbər verir ki, zəhərlənmə ilə bağlı cəmi 40 nəfərin şikayət etdiyi, onlardan 26-nın xarici vətəndaş olduğu bildirilir.

Bundan əvvəl Özbəkistanın 5 vətəndaşının saxta spirtli içki qəbul etdikdən sonra ölməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, ötən ilin noyabrından İstanbulda kütləvi alkoqoldan zəhərlənmə halları qeydə alınıb. Bu günə qədər 37 qurban məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları 300 tona yaxın keyfiyyətsiz spirtli içki götürüblər.
Seçilən
5
1
azadmedia.az

2Mənbələr