AZ

ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərir

"Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimində deyib.

“Qısa müddət ərzində biz gözəl tərəfdaşlıq fonunda çox böyük effektiv iş gördük. Beləliklə, Ermənistan və ABŞ arasında münasibətlərdə biz mühüm nailiyyəti qeyd edə bilərik – biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, - deyə ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək: müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya və ədalət, inklüzivlik və özəl münasibətlər.

Entoni Blinken Ermənistan-Amerika əməkdaşlığını iqtisadi və enerji sahələrində də şərh edib:

"Hazırda biz dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsində danışıqlar aparırıq".

Nuranə Abbasova

Seçilən
1
unikal.az

1Mənbələr