AZ

Bu ölkədə Çin avtomobillərinin satışı qadağan edildi

ABŞ Ticarət Nazirliyi Rusiya və ya Çin texnologiyalarından istifadə edilərək istehsal edilmiş internet bağlantılı minik avtomobillərinin idxalını və satışını qadağan edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ Ticarət Nazirliyi ÇXR və Rusiyadan internetə qoşulan avtomobillər üçün aparat və proqram sistemlərinin, həmçinin internetə qoşulan hazır nəqliyyat vasitələrinin satışı və idxalını yasaqlayan yekun qərar dərc edib.

Vaşinqton qadağanı ABŞ-də “avtomobil təchizat zəncirini” “kiber təhdidlərdən” qorumaq məqsədi ilə əsaslandırır. Qərar xüsusilə 2027-ci il model sıralarından başlayaraq “Bluetooth” və “WiFi” modullarına, peyk və mobil rabitəyə qoşulma texnologiyalarına və avtomatlaşdırılmış sürücülük sistemlərinə şamil edilir. Məhdudlaşdırıcı tədbirlərə həmçinin Rusiya və ya Çin iştirakı olan şirkətlər tərəfindən ölkədə istehsal edilmiş avtomobillərin Birləşmiş Ştatlar ərazisində satışının qadağan edilməsi də daxildir.

Seçilən
4
11
heftelik.az

10Mənbələr