Göygöl rayonunda bıçaqlanan məktəblinin son vəziyyəti açıqlanıb.
Bu haqda “Qafqazinfo”ya Gəncə Birləşmiş Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının həkimi Adil İbrahimov bildirib.
Onun sözlərinə görə, məktəbliyə ilkin tibbi yardım göstərilib:
“Xəstəyə ilkin tibbi yardım göstərdik. Bir bıçaq xəsarəti idi. Yarası bir qədər dərin olub. Yara tikildi, qanaxma dayandırıldı. Hazırda vəziyyəti stabildir”.