AZ

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Qızılın qiyməti ticarət həyatına dair qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda təhlükəsiz liman olaraq cəlbedici mövqeyini qoruyacaq.

Bu səbəbdən qızıl alımları artacaq və qiymətlər yeni rekord səviyyələrə yüksələcək.  

Valyuta.Az xəbər verir ki, bu barədə "UBS Group AG" analitiklərinin hazırladığı hesabatda qeyd edilib.

2024-cü ili 27% artımla başa vuran qızıl, bu ilə də yüksəliş trendi ilə başlayıb və hazırda təxminən 2670 dollar səviyyəsində ticarət edilir.  

"UBS"ə görə, daha güclü dollar və ABŞ-nin artan istiqraz faizləri ilin ilk yarısında qızılın qiymətinə təzyiq göstərə bilər. Lakin bu təsir külçə qızılına olan tələbatla kompensasiya ediləcək. Analitiklərin proqnozuna əsasən, ilin sonuna qədər qızılın qiyməti 2850 dollara qədər yüksələcək.

Tramp administrasiyasının qızıla tələbatına təsiri

"UBS"in məlumatına görə, Tramp administrasiyasının qeyri-müəyyən xarakteri həm mərkəzi banklar, həm də investorlar tərəfindən qızıla olan tələbatı artıracaq. Bundan əlavə, səhmlər bazarında baş verən dəyişkənliklərin daha tez-tez müşahidə olunacağı gözlənilir.  

"UBS" analitikləri Veyn Qordon (Wayne Gordon) və Covanni Staunovo (Giovanni Staunovo) tərəfindən hazırlanan hesabatda qeyd edilir: "Qızılın diversifikasiya vasitəsi kimi əvvəlki illərdəki performansının 2025-ci ildə investorlar üçün daha da əhəmiyyətli olacağını düşünürük. Başqa sözlə, 2025-ci ildə eyni meyl daha təsirli ola bilər."

Hesabatda həmçinin gümüşün də bu il qiymət artımına şahid olacağı vurğulanır. İstehsal tələbinin güclənməsi nəticəsində gümüşün qiymətinin ilin sonuna qədər hər unsiya üçün 38 dollara çatacağı proqnozlaşdırılır.  

Rəhim

Seçilən
3
valyuta.az

1Mənbələr