AZ

Ketrin Midlton xərçəng müalicəsinin nəticələrini AÇIQLAYIB

Uels şahzadəsi Ketrin (Kate Middleton) xərçəng müalicəsindən sonra remissiyada olduğunu açıqlayıb.

Sfera.az
bildirir ki, şahzadənin açıqlaması Ketrin və onun əri Şahzadə Uilyamın X sosial şəbəkəsindəki birgə hesabında dərc olunub.

Müraciətində o, keçən il müalicə zamanı göstərdiyi bütün kömək və qayğıya görə Royal Marsden Xəstəxanasının əməkdaşlarına və yaxınlarına təşəkkür edib, həmçinin onun uğurla mübarizəsini davam etdirmək üçün xərçəng mərkəzini himayəsi altına aldığını açıqlayıb.

"Remissiya mənim üçün bir rahatlama oldu və xərçəngdən sağ çıxmış hər kəs bilir ki, yeni normal vəziyyətə uyğunlaşmaq üçün vaxt lazımdır",- şahzadə deyib.

Midlton kimyaterapiyadan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışını noyabrın 10-da, həlak olanların anım gününə həsr olunmuş festival zamanı edib. Mərasimdə onunla birlikdə həkimlərin xərçəng diaqnozu qoyduğu Kral III Çarlz da olub.

İnci
 

Seçilən
8
sfera.az

1Mənbələr