ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müdafiə naziri vəzifəsinə namizədi Pit Heqset hesab edir ki, Rusiya, Çin, İran və Şimali Koreyanın hərəkətləri rəsmi Vaşinqtonun dünyada nüfuzunu zəiflətmək üçün birgə yanaşmadan xəbər verir.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə onun Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinin suallarına yazılı cavablarında deyilir.
"Çin, Rusiya, İran və Şimali Koreyanın Ukraynada və başqa yerlərdəki son hərəkətləri ABŞ və onun dünya üzrə müttəfiqlərinin təsirini zəiflətmək üçün onların razılaşdırılmış yanaşmasını nümayiş etdirir. Texnologiya transferləri və materialların satışı bu ölkələrə təhlükədən yayınmağa və ya onlara tətbiq edilən snksiyaların təsirinin azaldılmasına, potensialını artırmağa və hərbi əməliyyatların maliyyələşdirilməsi imkan verib", - Heqset hesab edir.
Onun fikrincə, bu aktorlardan birinin təhrik etdiyi hərbi münaqişə, -ABŞ-ı gücünün məhdud olduğunu qənaətinə gəlinəcəyi təqdirdə, -başqa bir aktorun təcavüzə başlaması üçün fürsət kimi istifadə edilə bilər:
"Strategiyanın əsas prinsipi odur ki, ABŞ-ındüşmənləri bölünmüş vəziyyətdə saxlanılmalıdır". \\BakuPost