AZ

Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir

Kommunikasiya imkanlarının daha da genişləndirilməsi məqsədilə Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizini inkişaf etdirmək, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas rol oynamaq niyyətindədir.

Demokrat.az AZƏRTAC-a istinadən Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Abu-Dabi Davamlı İnkişaf Həftəsi” sammitində çıxış edən Prezident Qazaxıstanın avtomobil, dəmir yolu, hava və dəniz limanları da daxil olmaqla, nəqliyyat infrastrukturuna fəal şəkildə sərmayə yatırdığını diqqətə çatdırıb.

Seçilən
2
5
demokrat.az

6Mənbələr