Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində son sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "gəclik şəhəri" təmsilçisi MOİK-lə üz-üzə gəlib.
“Sumqayıt Arena”da keçitilən görüş Vaqif Cavadovun çalışdırdığı kollektivin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın qollarına Georgi Xaraişvili, Kamran Quliyev və Rövlan Muradov imza atıblar.