AZ

Bayramlardan sonra mədə-bağırsaq traktını necə bərpa etməli?

Bayram tətilləri bitir, amma təsirləri qalır. Ardıcıl qonaqlıq və ziyafətlərlə keçən tətillərdən sonra bir çox insanlar tez-tez mədə-bağırsaq traktında problemlər yaşayırlar. "Rosiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında doktor Aleksandr Myasnikov tətildən sonra bədənin fəaliyyətini necə yaxşılaşdırmaqla bağlı danışıb.

Həkim bayramdan sonra mədə və bağırsaqlarında narahatlıq hiss edən hər kəsə daha yüngül qidaya keçməyi, lakin ac qalmamağı tövsiyə edib. Tam ac qalmaq vəziyyəti daha da pisləşdirə, bədəndə hormonal tarazlığı və enerji mübadiləsini poza bilər.

"Almanı sürtgəcdən keçirin, bir az toyuq şorbası bişirin, bir az toyuq filesi qaynadın. Belə yüngül və sağlam pəhrizlə həm ac qalmayacaq, həm də orqanizminizi təmizləyəcəksiniz. Yediyiniz bütün dadlı yeməkləri yumşaq bir pəhriz ilə ödəmək zamanıdır", - Myasnikov qeyd edib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr